FHN Şabran rayonunda mezə massivində baz verən yanğınla bağlı məlumat açıqlayıb

img

02-08-2010 [03:40]


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Şabran rayonunda meşə massivində baş vermiş yanğınla bağlı məlumat açıqlayıb. FHN-in rəsmi internet səhifəsində verilən məlumata görə, Şabran rayonu, Zeyvə kəndində (rayon mərkəzindən 30 km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus Dövlət meşə fondunun ərazisində 5 hektar sahədə kol-kos və ağaclar yanıb. Yanğından meşə fondunun qalan ərazisi mühafizə olunub. Yanğın saat 17:19-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA