Rəsmi Moskvadan ABŞ-ın sanksiya qərarına reaksiya: "Bu yenilik deyil, artıq cavab tədbirləri də görülüb"

img

02-08-2017 [22:44]


ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı imzaladığı sanksiyalara dair qanun de-fakto heç nəyi dəyişmir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

"Bu yenilik deyil, artıq cavab tədbirləri də görülüb. Bu səbəbdən sanksiyalara dair yeni qanun de-fakto heç nəyi dəyişmir. Yeni tədbirlərə ehtiyac yoxdur”, - deyə D.Peskov qeyd edib.

Qeyd edək ki, iyulun 30-da prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşının Rusiyanı tərk etməli olacağını bəyan edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA