02-08-2017 [17:40]
Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşının qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham edib.
Bildirib ki, Fərid adlı yol polisi əməkdaşı 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparır. Qadın iddia edib ki, o, xanım sürücüləri saxlayaraq onlara "padxod” edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.
Amma Avtosfer.az-ın əməkdaşı hadisəni araşdırmaq üçün bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində olub.
Hadisənin videogürüntüləri və səs yazıları ilə tanış olub. Araşdırmalar nəticəsində maraqlı faktlar ortaya çıxıb.
Məlum olub ki, "Jeep Vrangler” markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova avqustun 1-də, saat 15:40 radələrində Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşı, çavuş Fərid Mustafazadə ona saxla işarəsi verib.
Təhlükəsizlik şəhər kameralarının görüntülərindən də məlum olur ki, xanım sürücü saxla işarəsinə tabe olmayaraq hərəkətə davam edir. Sonra Mehdi Hüseyn küçəsində ("Alov qüllələri”nin yanı) digər avtomobillər yolu kəsdikdən sonra onu saxlamaq mümkün olur.
Burada qadın sürücü yol polisi əməkdaşına hədə-qorxu gəlir. Avtomobili saxlayan kimi özünü Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşı kimi təqdim edən xanım sürücü polisin saxla işarəsi zamanı əlini çiyninə qoyaraq "mən də paqonam” göstərir.
Lakin saxlanılan zaman bunun əksinə olaraq formada olmadığını bildirərək bundan imtina edir. Daha sonra xanım sürücü "sən bilmirsən mən kimin gəliniyəm, sənin paronlarını sökdürəcəm” deyir.
Həmçinin polis əməkdaşına "sən korsan” deyə müraciət edərək onun poqonlarına əl atır. Bundan sonra polis əməkdaşı qadın sürücüyə protokol tərtib edir. Saxla işarəsinə tabe olmadığı üçün xanım sürücü 80 manat və 4 balla cəzalandırılıb.
Məlum olub ki, həmin xanım sürücü də telefonla yol polisinin videosunu çəkib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında deyib ki, xanım sürücü özünün də görüntüsünün çəkildiyini anladıqdan sonra isə öz tanışı olan yol polisi əməkdaşını Fərid Mustafazadə ilə danışıqlara göndərib. Həmin şəxs yol polisinə təklif edib ki, siz öz görüntülərinizi silin və məsələ bağlansın.
Fərid Mustafazadə isə etiraz edərək bildirib ki, artıq görüntülər idarəyə təqdim olunub və müvafiq tədbirlər görüləcək. Yalnız bundan sonra həmin xanım sürücü çəkdiyi videonu sosial şəbəkələrdə yayaraq yol polisi əməkdaşına böhtan atıb.
DYP rəsmisi bildirib ki, həmin faktla bağlı araşdırma aparıblar:
"Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsi qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var”.
DYP sözçüsü eyni zamanda qadının videodakı başqa iddiasına da cavab verib: "Guya polis bütün sürücü qadınlara nömrəsini verir. Burdan ona sual verirəm ki, həmin polis sizə nömrə veribsə, onun mobil telefonun nömrəsi deyə bilərsinizmi?”.
Araşdırma zamanı o da ortaya çıxıb ki, həmin sürücü 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.
İdarədən həmçinin bildirilib ki, F.Talıbova böhtan, yəni yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliiyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi