Sabiq prezidentin nəvəsi hökuməti kompromatla hədələdi: "Anama qarşı ittiham qaldırılmasa,..."

img

02-08-2017 [14:30]


Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın doğmaları hökumət üzvlərinin maliyyə vəziyyəti barədə sənədləri açıqlamaq niyyətində olduğunu bildiriblər.

Trend-in məlumatına görə, bunu G.Kərimovanın oğlu İslam açıqlayıb.

Onun sözlərinə, mərhum prezidentin qızına irəli sürülən ittihamlar aradan qaldırılmasa, nazirlərin və güc strukturlarındakı rəsmilərin maliyyə sənədləri ictimaiyyətə açıqlanacaq.

İslam Kərimov qeyd edib ki, vergidən yayınma və maliyyə fırıldaqlarında ittiham edilən anasının vurduğu ziyan hökumətin iddia etdiyindən dəfələrlə azdır. O, həmçinin bu ittihamlar barədə heç bir dəlilin təqdim olunmadığını da vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA