Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

02-08-2017 [12:34]


Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  34-36° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz  35-40°, dağlarda gecə 15-20°i, gündüz  27-32° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA