İcra başçısının xanım müavininə yeni vəzifə verildi - Nazir köməkçisi oldu

img

01-08-2017 [19:03]


Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunmuş Məmmədova Arzu Fikrət qızı yüksək vəzifəyə təyin edilib.

Bu barədə Strategiya.az məlumat yayıb.

Arzu Məmmədova Gənclər və İdman naziri Azad Rəhimovun köməkçisi təyin edilib.

Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru olan Arzu Məmmədova uzun müddət təhsil sahəsində çalışıb. Son 5 il müddətində isə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini vəzifəsini daşıyırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA