ABŞ-ın vitse-prezidenti Gürcüstana vəd verdi: "Ərazi bütövlüyü və təhlükəsizliyiniz..."

img

01-08-2017 [12:35]


"Gürcüstan ABŞ-ın əsas strateji tərəfdaşıdır”.

Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəkləyir: "Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”.

G. Kvirikaşvili isə ABŞ tərəfindən Gürcüstana göstərilən böyük dəstəyə görə M. Pensə təşəkkür edib.

"ABŞ Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu həllinin tərəfdarıdır. Biz ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”, - deyə, o, vurğulayıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA