“Vurulan” naziri Naxçıvanı tərk etməyə qoymadılar - Aeroportdan qaytarılıb

img

01-08-2017 [10:51]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamı ilə vəzifəsindən azad edilən daxili işlər naziri Əhməd Əhmədovu Naxçıvanı tərk etməyə icazə verilməyib. 

Mia.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu Muxtar Respublikadakı mənbələr məlumatlandırıb. Məlumatda bildirilir ki, Naxçıvan hava limanından Bakıya uçmaq istəyən sabiq nazir geri qaytarılıb. Öz növbəsində isə Əhməd Əhmədov səhhətində problem olduğunu və müalicə üçün Bakıya gəlmək istədiyini desə də qərar dəyişməyib.

Məlumata görə, Azərbaycan DİN-nin yüksək rütbəli heyətindən ibarət qrup Naxçıvan Muxtar Respublikasının DİN-nin fəaliyyətini araşdırıb. Araşdırmalar zamanı Əhməd Əhmədovun vətəndaşların hüquqlarını pozması, şikayətlərə baxılmasındakı qanunsuzluqlar ortaya çıxıb. 

Saytın iddiasına görə, bu yoxlama Ali Məclis sədrinin istəyi ilə baş tutub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA