Güləşçilərə verməyə pul tapa bilməyən vitse-prezidentin oğlunun - Lyuks həyatı (FOTOLAR)

img

31-07-2017 [14:38]


Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.

Güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.

Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul Çunayevin lüks həyatı, bahalı avtomobilləri, "zerkalnıy” nömrələri ictimaiyyətə tirajlandı.

Mia.az "Ölkə.Az”a istinadən xəbər verir ki, bu bahalı avtomobillərdən sadəcə Çunayevdə yoxdur. Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərov heç də Rəsul Çunayevdən ucuz həyat yaşamır.

Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.

Qeyd edək ki, fotolardakı "333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, "777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdur:


















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA