ABŞ-ın vitse-prezidentindən rəsmi Moskvaya sərt mesaj: “Rusiyanın cinayətkar rejimlərə dəstəyi qəbuledilməzdir”

img

31-07-2017 [11:46]


"Rusiyanın pozucu fəaliyyəti, xüsusinə Ukraynada törətdikləri qəbuledilməzdir”.

"Amerikanın səsi”nin verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniyada jurnalistlərə açıqlamasında bildirib. 

M. Pens Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə sualı cavablandırıb: 

"Prezident Tramp aydın şəkildə bəyan etdi ki, Rusiyanın pozuculuq hərəkətləri, Ukraynada törətdikləri və cinayətkar rejimlərə dəstəyi qəbuledilməzdir. Prezident bu cür hərəkətlərə qarşı yönəlmiş və Konqres tərəfindən qəbul olunmuş sanksiyalar haqda qanun layihəsini imzalayacağını bildirib. Bununla yanaşı, biz gözləyirik ki, Rusiyanın davranışı dəyişəcək. Prezident və mən çox ümid edirik ki, Rusiya hökumətinin Ukraynaya münasibətdə, eləcə də İran və Şimali Koreyanın cinayətkar rejimlərini dəstəkləmək yönündə mövqeyi dəyişəcək”.   

Qeyd edək ki, bu gün M. Pens Gürcüstana səfər edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA