30-07-2017 [12:32]
"Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əksik olsa, cavab olduqca sərt olacaq".
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu təhdilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin "Rossia 24” telekanalına müsahibəsində çıxış edib.
Ötən gün Rumıniya Roqozinin da göyərtəsində olduğu sərnişin təyyarəsinin ölkənin hava məkanından Moldovaya daxil olmasına icazə verməyib. Dnestryanı bölgəyə Rusiya "sülhməramlı qüvvələrinin” yeridilməsinin 25 illiyi münasibətilə təşkil olunan tədbirlərə qatılmaq və rusiyameylli prezident İqor Dodonla görüşmək üçün Moldovaya yollanan Roqozin Moskvaya geri qayıtmalı olub.
Ukrayna Rusiya təyyarələrinə hava məkanını bağladığından Moldovaya uçmaq üçün ancaq Rumıniyanın hava məkanından keçmək lazım gəlirdi.
Roqozin Moldovanın qərbyönümlü hökumətinə xəbərdarlıq edərək bildirib ki, Dnestryanı bölgədə 200 mindən çox Rusiya vətəndaşı yaşayır və Kişnyov bunu yaddan çıxarmalı deyil. Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgə ilə Kişnyov arasında dialoq qurmağa çalışır, ancaq hələlik buna nail olmayıb.
Rusiya baş nazirinin müavini deyib ki, Moldova prezidenti ilə Kişnyovda görüşü baş tutmasa da onunla Tehranda, prezident Həsən Ruhaninin inaqurasiya mərasimində görüşüb "ciddi söhbət” edəcək. Daha sonra isə o, Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşməyə hazırlaşdığını deyib.
Roqozin
Roqozin müsahibədə Moldovanın qərbyönümlü hökumətini "cinayətkar” adlandırıb, bu hökumətin Qərblə eyni düşərgədə yer almaq üçün Rusiya ilə münasibətləri korlamağa çalışdığını deyib.
Moldova prezidenti İqor Dodon hökumətdən fərqli olaraq, Dnestryanı münaqişəsinin hərbi yolla həllini istisna edir. Dodon bildirib ki, qəti şəkildə bu ssenariyə qarşıdır.
Dnestryanı bölgə keçmiş sovet resublikaları ərazsində Moskvanın nəzarətdə saxladığı separatçı münaqişə ocaqlarından biridir. Rusiya bu bölgədə yaşayan etnik rusları kütləvi şəkildə pasportla təchiz edib. Vaxtilə Cənubi Osetiya və Abxaziya bölgəsinin sakinlərinə də kütləvi şəkildə Rusiya pasportlarının paylandığı məlum olmuşdu. "Rusiya vətəndaşlarının hüquqlarının pozulması” Moskvanın Ukrayna və Gürcüstana müdaxilə zamanı istifadə etdiyi arqumentdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi