Bir gün sonra bu sürücülər cərimələnəcək - Video

img

30-07-2017 [00:47]


İki gün sonra texniki baxışdan keçməyən xarici markalı minik avtomobillərin sürücüləri cərimə olunacaqlar. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avqustun 1-dən etibarən yol polisi bu cür sürücülərə qarşı reydlərə başlayacaq.

Mia.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sabah bazar günü olmasına baxmayaraq, ölkə üzrə bütün texniki baxış mərkəzlərində iş günüdür və sürücülər avtomobillərini baxışdan keçirə bilərlər.

İdarə rəsmisi Kamran Əliyevin sözlərinə görə, texniki baxışa təqdim edilən avtomobilin ödənməmiş cəriməsi varsa və buna görə avtomobilin saxlanılmasına dair qərar çıxarılıbsa, həmin avtomobil duracağa qoyulur, cərimələr ödənildikdən sonra baxışdan keçirilir.

Avqust ayının 1-dən etibarən yük avtomobilləri və avtobusların texniki baxışı həyata keçiriləcək. Bu müddət isə 31 oktyabr tarixində yekunlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA