Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

29-07-2017 [12:28]


İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah havanın temperaturu gecə  23-27° isti, gündüz  31-36° isti, Bakıda gecə  24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-50 % olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı  yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə  22-27° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA