Rektor Fərhad Bədəlbəyliyə ağır itki üz verdi...

img

28-07-2017 [17:17]


Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə ağır itki üz verib. 

Modern.az saytının məlumatına görə, F.Bədəlbəylinin həyat yoldaşı Nailə xanım bir neçə saat öncə vəfat edib. 

Rektorun dostları saytımıza bildiriblər ki, Nailə xanım öz bağında vəfat edib, həmin vaxt istirahət edirmiş.

Fərhad Bədəlbəyli işlə əlaqədar Qəbələdə olub. Onun artıq Bakıda olduğu deyilir.

Mərhum bu gün dəfn olunacaq.

Üç mərasimi isə bazar günü Təzəpir məscidində veriləcək. 

Qeyd edək ki, mərhum Nailə xanım 1970-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Əli İbrahimovun qızıdır.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA