“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzində “Blockchain” ilə bağlı görüş keçirilib - Tədbir + FOTO

img

28-07-2017 [16:21]


"Azercell Telekom” MMC-nin "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri olan – "Technote Media” son ayların geniş müzakirə mövzusu doğuran "Blockchain” ilə bağlı görüş təşkil edib.
 
Mobil operatordan Mia.az-a verilən məlumata görə, "Blockchain” texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb edir.
 
Bu mövzu "Orxan Əhməd"in moderatorluğu ilə müzakirə olunub. Görüşdə həmçinin "Blockchain” texnologiyasından startaplar necə faydalanır? Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir?, Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri, "Blockchain” və kriptovalyuta alqı-satqısının fərqləri və "Blockchain” Texnologiyası, "Etherium” və "Bitcoin” kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə "Blockchain” sahəsi ilə maraqlanan və məşğul olan şəxslər və startaplar iştirak edib.
 
Sahibkarlığa dəstək vermək məqsədilə yaradılan və əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri, yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi müasir günümüzdə "Blockchain” sahəsinin aktuallığını nəzərə alaraq yeni tədbirlər təşkil etməyi planlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA