28-07-2017 [13:49]
Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 mln. manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 mln. manat müəyyən edilib.
Bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib.
Qeyd olunub ki, daxili dövlət borclanması, əsasən, daxili bazarda dövlət istiqrazlarının emissiyası və dövlət zəmanətlərinin verilməsi ilə, xarici dövlət borclanmasında isə beynəlxalq maliyyə kredit təşkilatları ilə kredit sazişlərinin bağlanması nəzərdə tutulub.
"Dövlət borcu haqqında” Qanuna
əsasən, daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri)
Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.
Həmçinin yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin
qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə yönəldildikdə,
bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir.
"Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” Qanunun
tətbiqi barədə” Prezidentin 27 dekabr 2016-cı il tarixli Fərmanı ilə
Maliyyə Nazirliyinə "Azərbaycan Respublikasının 2017-ci il dövlət
büdcəsi haqqında” Qanunun 13-cü maddəsi ilətəsdiq edilmiş daxili və
xarici borcalmanın, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğini
yuxarı həddi (limiti) çərçivəsində bazar konyukturasından asılı olaraq
milli və xarici valyutada borcalmanın, o cümlədən dövlət istiqrazlarının
buraxılışının həyata keçirilməsi üçün tədbirlər görülməsi tapşırılıb.
Hesablama Palatasına dövlət borcu və dövlət öhdəliklərinin istiqamətləri üzrə borclanma ilə bağlı müvafiq məlumatlar daxil olmasa da, təqdim olunmuş operativ məlumatlara əsasən, 1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb ki, bu, 1 yanvar 2017-ci il tarixə vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur. Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil edib. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olub, Adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil edib.
1 iyul 2017-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:
XBH
(Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 7,6%; ABŞ
dolları ilə – 75,4%; avro – 13,0%; yapon yeni – 2,5%; digər valyutalar
üzrə isə 1,5%. Ölkəyə cəlb edilmiş kreditlərin 32,0%-ni sabit dərəcə ilə
olan kreditlər, 68,0%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil
edib. Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə
qədər olan müddətdə, 38,0%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-I
isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 01 iyul
2017-ci il tarixinə operativ məlumatlara əsasən 2017-ci ilin 6 ayı
ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq
798,7 mln. manat təşkil edib.
Təqdim olunmuş məlumatlara
əsasən daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət
borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə
alınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi