Depuatın broyler fabrikindəki ölümlə bağlı cinayət işi - RƏSMİ

img

28-07-2017 [11:49]


Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu deyilən "Lerik Broyler" MMC broyler fabrikində partlayış olub. Nəticədə kənd sakini Məmmədov Valeh Oruc oğlu dünyasın dəyişib. Əliyev Mehman Ağamir oğlu və Aslanov Akif Oruc oğlu isə yaralanıb.

Mia.az xəbər verir ki, Baş Prokurorluğundan Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 162.2 maddəsində göstərilri ki, əmək mühafizəsi qaydalarını pozulmasına görə, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA