33 bələdiyyə sədri qanunsuzluğa yol verib, barələrində sərt qərarlar verilib - Nazir açıqladı

img

27-07-2017 [21:57]


"Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb”.

"Report”un məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 792 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib, qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA