FHN əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən 8 nəfər xilas edib - Xəzərdə

img

27-07-2017 [20:50]


Bu gün Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə gün ərzində Sabunçu rayonunda 4, Xəzər rayonunda 2, Abşeron rayonunda 1, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin şəxslər hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA