Mehriban Əliyevaya ?Qızıl Motsart? medalı təqdim edilib

img

31-07-2010 [02:09]


Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun ?Qızıl Motsart? medalı təqdim edilib. Medal iyulun 30-da Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının rəsmi açılışı zamanı təqdim olunub. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova mərasimdə iştirak ediblər. Rəsmi açılışdan sonra konsert proqramında Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Konsertdə Dmitri Yablonski, Yuri Başmet, Emilio Ponsı, Xloe Hanslip, Fərhad Bədəlbəyli çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA