Küləkli hava davam edəcək - Nazirlik açıqladı

img

26-07-2017 [13:02]


İyulun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36°, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA