Bu ilin əvvəlindən 9723 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb

img

31-07-2010 [12:16]


Bu ilin 6 ayında Azərbaycanda 46 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunun 15 minə yaxını ilkin, 31 minə yaxını isə təkrar qeydiyyat təşkil edir. Verilən məlumata görə, bunlardan fərdi yaşayış və bağ evi üzərində hüquqlara dair 9196 sənəd, mənzillərə dair 18500 çıxarış verilib. Altı ayda üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin 41.7 faizi Bakıda yerləşir. Bununla yanaşı, ilin əvvəlindən 9723 ipoteka müqaviləsi, 217 yüklülük dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınmış ipoteka müqavilələrindən 4746-ı və ya 48.8 faizi Bakı şəhərinin payına düşür. Bundan başqa, altı ayda daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı 5 685 min manat xidmət haqqı və 3 407 min manat dövlət rüsumu daxil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA