25-07-2017 [13:25]
"İsrail təhlükəli bir yola qədəm qoyub. İsrailin Əl-Aksa məscidini işğal etməsi bardağı daşırır”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan bildirib.
Osmanlının çöküşündən sonra İsrail dövlətinin qurulması ilə Qüdsün ağır günlərinin başladığını söyləyən Ərdoğan deyib ki, İsrail Əl-Aksa məscidinə qarşı atdığı son addımlarla dövlət kimi qanuniliyini şübhə altına qoyur: "İsrail əlindəki silahlara, arxasındakı güclərə arxalanırsa, səhv edir. Buradan dünya müsəlmanlarına səslənirəm. İmkanı olan hər bir müsəlman Əl-Aksanı, Qüdsü ziyarət etsin, getmək imkanı olmayan da oradakı qardaşlarımıza yardım göndərsin. Biz, Əl-Aksa məscidinə nə qədər sahib çıxsaq, müqavimət daha güclü olar. İsrail əsgərləri çəkmələri ilə Əl-Aksanı çirklədirsə, bunun səbəbi bizim daha çox Qüdsə sahib çıxmamağımızla bağlıdır. Gəlin Məkkəyə, Mədinəyə sahib çıxan kimi Qüdsə də sahib çıxaq”.
Ərdoğan nəzərə çatdırıb ki, Türkiyə paytaxtı Şərqi Qüds olan Fələstin, paytaxtı Təl-Əviv olan İsrail dövlətini tanıyır: "Mən İsrail prezidentinə də dedim, ibadətə gedən müsəlmanlara terrorçu kimi yaxınlaşılmasını əsla qəbul etmək olmaz. Sinaqoqa gedən yəhudilərin də terrorçu sayılmaması lazımdır. Bu gün baş verənlər Əl-Aksa məscidini müsəlmanların əlindən almaq cəhdidir. Bu, müsəlmanların ilk qibləsinə qarşı hörmətsizlikdir. İsrail baş nazirinə də bu barədə fikrimi çatdırdım. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri, Fransa prezidenti ilə də bu barədə danışdım. Əl-Aksa məscidi ətrafında metal baryerlərin qaldırılması barədə razılaşma olduğu barədə məlumat aldıq. İsrailin bu məscid ətrafında yeni münaqişə yaratmasını yox, barış yolunda addımlar atmasını istəyirik”.
Türkiyə prezidenti son dövrlər ABŞ-da, Avropada Türkiyəyə qarşı bir mənfi yanaşma müşahidə olunduğunu vurğulayıb: "Qərb istəyir ki, Türkiyə boynunu büküb otursun. Qərb istəyir ki, maraqları təmin olunsun, Türkiyənin heç bir marağı nəzərə alınmasın. İstəyirlər ki, bir şillə atanda, vurmaları üçün sifətimizin digər tərəfini çevirək. Artıq elə bir Türkiyə yoxdur. Almaniya hökuməti Türkiyə prezidentinə ölkəsində danışmağa imkan verməyəcək, ancaq casusları Türkiyədə istədiklərini edəcək?! Ya Türkiyə ilə hörmətlə davranacaqsınız, ya da istədiyiniz cavabı alacaqsınız”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi