Prezident sərəncam verdi, yol tikintisinə 3 milyon manat pul ayırdı

img

24-07-2017 [20:24]


Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, iyirmi dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zirə-Türkan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA