Türkiyə hərbi gəmisini Ukraynaya göndərdi

img

24-07-2017 [16:18]


NATO-nun daimi hərbi-dəniz qüvvələrinə məxsus 2 gəmi Odessa limanına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığının mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, Böyük Britaniyaya məxsus "Dunkan” və Türkiyəyə məxsus "Yıldırım” hərbi gəmiləri qabaqcadan təyin edilmiş görüşlər çərçivəsində limana yaxınlaşıb. Gəmi komandanlığı burada Ukrayna Hərbi Dəniz Qüvvələri rəhbərliyi ilə görüşlər keçirəcək. Həmçinin şəhər sakinlərinin gəmiləri ziyarət etməsi və NATO gəmiçilərinin ukraynalı həmkarları ilə görüşü nəzərdə tutulur.

Səfər iyul ayının 27-nə qədər davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA