“Fitch” Türkiyənin kredit reytinqini təsdiqləyib - Detallar

img

22-07-2017 [10:46]


"Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqini "BB+” səviyyəsində təsdiq edib.

"Report” xəbər verir ki, reytinq üzrə proqnoz isə "stabil” səviyyəsində qalıb.

"Fitch” Türkiyənin uzunmüddətli yerli valyutada kredit reytinqini isə "BBB-” səviyyəsində saxlanılıb.
Türkiyənin qısamüddətli xarici valyutada kredit reytinqi yenidən "B”, yerli valyutada isə "F3″ səviyyəsində təsdiqlənib.

"Fitch”in məlumatında qeyd olunur ki, Türkiyənin kredit reytinqi yüksək səviyyədə xarici maliyyə təsirinə həssaslıq, müəyyən siyasi və geopolitik risklər, yüksək inflyasiya və makroiqtisadi volatillik fonunda aşağı dövlət borcu və güclü iqtisadi artım ilə balanslaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA