Avqustun 10-da 9 illik təhsil bazasından kolleclərə ərizə qəbulu baza çatacaq

img

30-07-2010 [01:37]


2010-cu il avqustun 10-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət K?missiy?sının mətbuat katibi Elnur Nağızadə deyib ki, ərizələrin qəbulu internet vasitəsilə iyulun 8-dən etibarən aparılır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub. Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər elektron ərizə formasını təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada iyulun 26-dən avqustun 5-dək keçirilir. YQYK-lərin fəaliyyəti Bakı şəhərində Bakı Biznes Universitetində, Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində isə TQDK-nın regional bölmələrində təşkil olunub. Yoxlamanın nəticəsi ?məqbul? və ya ?qeyri-məqbul?la qiymətləndirilir. Cari ildə (9 illik) təhsil bazasından 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 9576-dır. Azərbaycan bölməsi üzrə 8539, rus bölməsi üzrə 242, birgə müsabiqə üzrə 795 plan yeri ayrılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA