“Azərtelekom”un rəhbəri dəyişdi

img

20-07-2017 [12:50]


"Azərtelekom" MMC-nin rəhbəri dəyişib. 

Mia.az "APA"ya istinadənxəbər verir ki, Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.

F. Allahverdiyev açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Azərtelekom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. "Azərtelekom" şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkətin səhmdarları "Azərfon" MMC (95%), "Aztelekom" MMC (2,5%) və "Bakı Telefon Rabitəsi" MMC-dir (2,5%).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA