Prezident 3-cü binanın təməlini qoydu

img

20-07-2017 [11:26]


Prezident İlham Əliyev mənzil alan media nümayəndələri ilə görüşdən sonra jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyub.

Mia.az xəbər verir ki, dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq. Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA