Bakıda həkim rüşvət alarkən kameraya düşdü - VİDEO

img

19-07-2017 [16:43]


Bakıda uşaq poliklinikasında həkimin rüşvət tələb etməsinin görüntüləri yayılıb.

Mia.az xəbər verir ki, baku.ws-ə göndərilən videoda görünür ki, həkim vətəndaşdan qan analizi almaq üçün 3 manat tələb edir.

Şikayətçi Elnur Hüseynin iddiasına görə, hadisə Bakı şəhəri, Xətai rayonu 9 saylı uşaq poliklinikasında olub. Onun sözlərinə görə, bu video qan analizi götürülən otaqda çəkilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, bütün dövlət xəstəxanalarında xidmətlər pulsuzdur.

"Vətəndaşın iddiası araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Lakin vətəndaşın həkimin rüşvət tələb etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etməsi tövsiyyə olunur", - deyə SN rəsmisi bildirib.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA