19-07-2017 [12:38]
Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarınınsayı da artır.
"Report" problemlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərovun fikir və məsləhətlərini öyrənib.
Anar Cəfərov bildirib ki, yay aylarında ilanlar özləri üçün sərin və kölgəli yerləri seçdiyindən, insanlar zirzəmilərdə, kölgəli yerlərdə ehtiyatlı olmalıdırlar: "Hardasa oturmazdan əvvəl həmin yerə baxış keçirsələr yaxşı olar. Çünki temperatur yüksəldikcə sürünənlər daşların, əşyların altında və s. yerlərdə daha çox olurlar. Bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir. Çimərliyə gedən insanlar da ehtiyatlı olmalıdırlar. Apardığım monitorinq nəticəsində müşahidə edirəm ki, çimərliklərin bəzilərinin yaxınlığında hətta zəhərli ilanlar, əqrəblər daha çoxdur. Bilgəh çimərliyi, Mərdəkan, Şüvəlan, Şıx çimərliyi ətrafında həm əqrəblərə, həm də gürzələrə rast gəlinir".
Herpetoloq bildirib ki, ilanların sayında artım olmasa da, aktivliyi müşahidə olunur. Onun fikrincə, bu hal şəhərdə aparılan tikinti işləri və su hövzələrində dəyişkliyin baş verməsi ilə bağlıdır: "Çöllük ərazilərdə su mənbələri quruduğuna görə ilanların insanların yaşadığı ərazilərə intensiv axını daha çox baş verir.
İntensivliyin artması təhlükəni də artırır. Məsələn, şəhərin müxtəlif yerlərində tikinti işləri aparılır. İstər-istəməz vibrasiya artır və yaxınlıqda olan sürünənlərin daha sakit yerlərə çəkilməsi baş verir. Şəhər daxilində köhnə məhəllələr sökülür. "Sovetski"nin özündə bu cür hallara rast gəlinir. Söküntü olanda ilanlara intensiv rast gəlinirdi, mütəxəssis kimi məni çağırırdılar. Həyət evləri tikilir. Onların da təsiri var. Texnikanın işlədiyi və səs-küyün artdığı yerdə ilanlar daha dağınıq hərəkət edir və göz qabağına çıxırlar".
Abşeronda əsasən sarı və boz əqrəblərə rast gəlindiyini deyən A.Cəfərov bildirib ki, onların sancması insan həyatı üçün təhlükəli olmasa da, onlar zəhərlidir. Belə ki, bu cürsancmalar insanda 3-4 gün qızdırma verir. Herpetoloq ölkə ərazisində kifayət qədər çox olan vəhşi arıların da təhlükəli olduğunu, kütləvi sancmalarının ölümlə nəticələnə biləcəyini qeyd edib.
Dərmanlama tədbirlərini mütəxəssislər aparsa, yaxşıdır
A.Cəfərov deyib ki, ilanların yaşayış evlərinə gəlməsinin qarşısını almaq üçün evi, həyəti dərmanlamaq olar. Onun sözlərinə görə, ilan dərmanları nə insanlara, nə heyvanlara ziyan etmir, sadəcə spesfik iyinə görə onları uzaqlaşdırır: "Həşəratlara görə isə pestisidlərdən istifadə olunur. Buna görə də dərmanlama prosesini lisenziya almış xüsusi qurumların nəzarəti ilə həyata keçirmək məsləhətdir. Çünki özbaşına dərmanlanma zamanı insan özü də zəhərlənə bilər".
Herpotoloq onu da bildirib ki, ilan sancanı iki saat müddətində ilk yardım məntəqəsinə, yaxud da yaxınlıqda toksikologiya mərkəzi varsa, həmin məkanlara aparmaq lazımdır: "Əgər yaxınlıqda yardım edəcək məntəqə yoxdursa, insanlar təcili tibbi yardıma müraciət edə bilərlər. Çünki onlarda çox vaxt ilana qarşı vaksin olur. Həşərat sancdıqda da təcili tibbi yardıma mürciət olunsa, yaxşı olar. Çünki insanların çoxu allergiyası olduğunu bilmir və həşərat sancdıqda güclü təngənəfəslik baş verir. Şiş, qızartı və bəzən səpkilər əmələ gəlir ki, bu da mənfi fəsadlara yol aça bilər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi