Rabitədə dəyişiklik - BTRİB yenidən təşkil edilib

img

19-07-2017 [10:04]


"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunub və adını dəyişib.
 
"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, BTRİB yenidən təşkil olunaraq və adını dəyişərək "Bakı Telefon Rabitəsi" MMC-yə çevrildiyini elan edib.
 
Qeyd edək ki, müəssisə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Bu qurumin sabiq baş direktoru Beytulla Hüseynovsa korrupsiya ittihamı ilə həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA