18-07-2017 [22:20]
Almaniyanın Hamburq şəhərində G20 ölkələri sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Suriyanın cənub-qərbində atəşkəsə dair əldə olunmuş razılaşma İsraili möhkəm qəzəbləndirib.
İsrail bu razılaşmanın İranın Suriya ərazisində hərbi iştirakını möhkəmləndirəcəyini bildirir. Baş nazir Benyamin Netanyahu reportyorlara bildirib ki, razılaşma İranın İsrail sərhədlərindən 20 kilometrlikdə İranın hərbi iştirakına imkan yaradır, İsrail isə buna imkan verə bilməz.
Ağ Ev isə İsraili sakitləşdirməyə çalışaraq bildirir ki, Amerikanın siyasətinin son hədəfi Suriyada İranın dolduracağı boşluğa yol verməməkdir. Amerika rəsmilərinin hesab etdiyi kimi atəşkəsə dair razılaşma diplomatik nailiyyətdir və Rusiya ilə əməkdaşlıq potensialını göstərir. Və Suriyanın digər yerlərində də atəşkəsə nail olmaq üçün şəxsən Trampın rəhbərliyi ilə danışıqlar aparılır. Dövlət Departamenti bu danışıqların bütün fazalarında İsraillə məsləhətləşmələr aparıldığını bildirir.
Lakin İsrail mənbələri həmin razılaşmadan sonra İranın Livanın cənubunda hərbi dəniz bazası yaratmaq üçün hazırlıqlara başladığını açıqlayıb. İsrail hökumətində nazir müavini postunu tutan Maykl Oren bildirib ki, onun ölkəsi İranın Suriya və ya Livanın istnilən hissəsində hərbi baza qurmasını qəbul edə bilməz. Habelə İsrailin maraqlarını nəzərə almayan atəşkəs razılaşmasını tanımayacaq.
Oren bildirib: "Bizim mesajımız aydındır: siz atəşkəs barədə razılaşma əldə edə bilərsiniz, amma bizim qırmızı cizgilərimiz var. Biz İranı dayandıracağıq və ona imkan verməyəcəyik ki, bazalar, limanlar, silah zavodları qursun”.
İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Yakov Amidror isə bildirib ki, əgər atəşkəs anlaşmasında onların maraqları nəzərə alınmasa ordu İranın Suriya və Livandakı istənilən hərbi infrastrukturuna preventiv zərbə endirməlidir. "Biz İrana imkan verə bilmərik ki, Suriyadakı bu qəddar müharibədə qalib gəlib diqqətini İsrailə yönəltsin”-o deyib.
Bu arada İsrail kəşfiyyatına yaxın debka.com saytı xəbər verib ki, atəşkəs razılaşmasına əsasən yaxın günlərdə Rusiya ordusunun bölmələri Golan təpələri istiqamətindəki Kuneytra şəhərində yerləşdiriləcək. Söhbət hərbi polis qüvvələrindən gedir. Onların vəzifəsi atəşkəsə nəzarət etmək olacaq.
Kuneytra İsrailin nəzarətində olan Golan təpələrindən cəmi 5 kilometrlikdədir. Bildirilir ki, İsrail Vaşinqton və Moskvanı onun sərhədləri yaxınlığında Rusiya qüvvələrinin yerləşdirilməsinin yolverilməzliyi barədə xəbərdar edib. Lakin bu narahatlıq nəzərə alınmayıb.
Atəşkəs razılaşmasına əsasən İranyönümlü silahlı birləşmələr Deraa şəhərindən 40 kilometr qərbə çəkilməliydi. Lakin mənbələr bildiriblər ki, ötən bazar günü Rusiya bölmələri Deraa şəhərinə daxil olanda İranyönmlü qüvvələr doğrudan da çəkilib, lakin "Hizbullah”ın elit birləşmələri qalıb/Virtualaz.org.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi