18-07-2017 [21:41]
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Qəbula yazılan Şəmkir sakinləri rayonda miniatür sənət məktəbinin açılması, Yeni Həyat kənd klubunda aşıq dərnəyinin yaradılması, turizmin inkişaf etdirilməsi və rayon ərazisindəki tarixi abidələrə ekskursiyaların təşkili barədə xahişlərini diqqətə çatdırıblar.
Ağstafadan qəbula gələn vətəndaşlar tərəfindən Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasının 10 illiyi münasibətilə "Keşikçidağ və ətraf ərazilərdə qədim yaşayış düşərgələri” adlı beynəlxalq elmi-praktiki konfransın keçirilməsi, rayonda Turizm informasiya mərkəzinin yaradılması, Ağstafa Dövlət Rəsm Qalereyasının ekspozisiyasının zənginləşdirilməsi, rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsinə dəstək verilməsi barədə müraciətlər edilib.
Daşkəsən sakinləri milli kətə və fəsəli festivalının keçirilməsi, mədəniyyət müəssisələrinə ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Gədəbəy sakinləri tərəfindən "Əli və Nino” filminin çəkildiyi ərazilərə turizm məqsədilə turların təşkil olunması, rayonda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı təkliflər səsləndirilib.
Göygöl rayonundan qəbula gələnlərin müraciətləri Göygöl və Maralgöl ərazisində kanat yollarının salınması, rayon ərazisində alman məskənlərinə aid 5 küçənin qoruq elan edilməsi və digər məsələlər barədə olub.
Qazax sakinləri Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkil olunması və rayondakı 2 saylı Uşaq musiqi məktəbində nağara sinfinin açılmasına köməklik göstərilməsini xahiş ediblər.
Tovuz rayonundan qəbula gələnlərin müraciətləri Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində eksponatlarının bərpa edilməsi və digər məsələlər barədə olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən edilən müraciətlər ümumi işimizin daha səmərəli olmasına zəmin yaradır. Qeyd edilib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı təşəbbüskarlığı təqdirəlayiqdir.
Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səslənən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi