Gürcüstanda "Qarabağ"ın azarkeşlərinə hücum edildi - Oyunqabağı xoşagəlməz insident

img

18-07-2017 [20:48]


Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

Report-un məlumatına görə, xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat bu gün saat 21:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA