18-07-2017 [18:53]
18 iyulda Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 12 iyul tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 12 iyul 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğulayıb.
Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 mayda Qaradağ rayonunda SOCAR-ın "Caspian Driling” Şirkətinin dəniz təchizat və loqistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində iştirak etməsi hesabat dövrünün ən yaddaqalan hadisələrindən olub. Prezident İlham Əliyev tərəfindən cari ilin əvvəlindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni innovasiyalar və texnologiyalar tətbiq etməklə müasir istehsal və xidmət sahələrinin yaradılmasının dəstəklənməsi, regionların iqtisadiyyatına yerli və xarici sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanları rəhbərləri qarşısında mühüm vəzifə və tapşırıqlar qoyub.
Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş bütün vəzifə və tövsiyələrin yüksək səviyyədə icra edilməsi, rayonun sənaye potensialından, mövcud xammal və resurslardan səmərəli istifadə olunmaqla yerli və xarici sərmayələrin cəlb edilməsi, eləcə də, ixracyönümlü müəssisələrin yaradılması prioritet olaraq müəyyən edilib. Prezident İlham Əliyev tərəfindən ölkədə biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının reallaşdırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması və yeni iş yerlərinin yaradılmasına dair konkret tələblər qarşıya qoyulub. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb.
Cari ilin əvvəlindən "Askorp” MMC tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsində müasir idman malları istehsalı, Qızıldaş qəsəbəsində isə müxtəlif üzlük daşlar və kərpic məmulatları istehsalı müəssisəsi yaradılıb. Ümumilikdə cəmiyyət tərəfindən hər iki müəssisə üzrə 4 milyon manatdan çox investiya qoyulub və 55 nəfər yeni iş yerləri ilə təmin edilib.
Hazırda "Eskular Kommers” MMC tərəfindən Rayonun Sahil qəsəbəsində Neft-Kimya sənayesi avadanlıqları istehsalı zavodunun və "Monolit-D LTD” firması tərəfindən isə Ələt qəsəbəsində Sürtkü yağlarının istehsalı və satışı müəssisəsinin tikintisi davam etdirilir. Hər iki layihə üzrə ümumilikdə 26 milyon manat həcmində investisiya qoyuluşu nəzərdə tutulub. Müəssisələr tam başa çatdıqdan sonra 663 yeni iş yeri açılacaq.
Qeyd edilənlərlə yanaşı bildirmək istəyirəm ki, növbəti aylarda Qaradağ rayonu ərazisində "Gilan Holdinq” MMC tərəfindən müasir ət kəsimi və emalı müəssisəsinin, "Fidan” şirkəti tərəfindən Ələt qəsəbəsində tərəvəz turşusu istehsalı sahəsinin və "İnter Qlass” Səhmdar Cəmiyyəti tərəfindən Sahil qəsəbəsində şüşə qablar istehsalı zavodunun iki rəngli sobasının inşasına başlanılacaq.
Həyata keçirilmiş tədbirlərin davamı olaraq cari ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib. Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulub. Ötən müddət ərzində bu təşəbbüsə "Askorp” MMC, "Sədərək” ticarət mərkəzi, "RR - Şirkətlər Qrupu” və "Mətanət-A” şirkəti qoşularaq həmin sahibkarlıq subyektləri tərəfindən bu kateqoriyadan olan soydaşlarımız mənzillə təmin edilib.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov daha sonra bildirib ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Qaradağ rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunub. Sənaye sahəsində 2017-ci ilin yanvar-iyun aylarında 459182 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,1 faiz təşkil edib. 2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 37032 min manat, rabitə müəssisələri tərəfindən isə 2 mln 48 min manat həcmində xidmət göstərilib. Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 758728 min manatlıq istehlak malları satılıb. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 90378 min manat məbləğində investisiyadan istifadə edilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 53 657 min manat təşkil edib. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə cari ilin birinci yarısında 1301 ailəyə və ya 5203 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilib.
Məruzə ətrafında Qaradağ Rayon Su Kanal idarəsinin rəisi Əhliman Mansurov, "İnter Qlass” Səhmdar Cəmiyyətin sədri Şaiq Mirzəyev çıxış edərək rayon İcra hakimiyyətinin 2017-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdirklərini bildiriblər.
İclasda iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin, Yap Qaradağ Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, dövlət başçısınını son zamanlar imzaladığı sərəncamları və verdiyi fərmanları geniş təhlil edərək, rayon seçicilərini narahat edən problemlərdən, onların sosial sifarişlərindən bəhs ediblər.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Rayon ictimaiyyətinə ölkə başçısı İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.
.jpg)
.jpg)
.jpg)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi