"Dəmir yolunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tamamlama izləri aparılır"

img

29-07-2010 [03:27]


?Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi səbəbindən dəmir yolunun işində yaranmış ciddi problemlər aradan qaldırılmaqdadır?. Bu sözləri YAP-ın rəsmi sytına müsahibəsində ?Azərbaycan Dəmir Yolları? QSC-nin sədri Arif Əsgərov deyib. A.Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı əsasında yaradılmış dövlət komissiyası problemin həlli istiqmətində səylə çalışır. Onun sözlərinə görə, mürəkkəb iş şəraitində, dəmiryolçuların gərgin zəhməti nəticəsində təbii fəlakət səbəbindən yaranmış yarğanların hamısı bərpa olunub və 4 iyul 2010-cu ildə, müəyyən sürət məhdudiyyəti ilə Şirvan-Astara sahəsində qatarların hərəkəti bərpa olundu. Ərazidə tamamlama işləri aparılır. ?Bir faktı da deyim ki, Kür çayında daşqınların qarşısını almaq üçün Araz çayından yeni qolun ayrılması gündəmə gəlmişdi. Bununla bağlı bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurəti yarandı. Bu səbəbdən dəmir yolunun Qırmızıkənd-Cəlilabad mənzilinin 86-cı kilometrində yol yatağının altından beş ötürücü bəndin (diametri 2 metr olan 15 ədəd metal borunun) qoyulmasını həyata keçirdik. Bu, saniyədə 300 kub-metr suyun ötürülməsinə imkan yaradacaq? deyə A.Əsgərov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA