FHN-nin ləğv, Kəmaləddin Heydərovun isə istefa xəbərinə nazirlikdən rəsmi - Reaksiya

img

18-07-2017 [17:25]


"İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb".
 
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
 
"Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır", - deyə mətbuat xidmətindən bildirilib.
 
FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.

Qeyd edək ki, bu gün bəzi saytlarda FHN-nin guya ləğv olunacağı və rəhbərliyinin isə istefaya hazırlaşdığı haqda xəbər yayılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA