“Sentyabrda cəzasının üçdə ikisini çəkmiş məhbusların hamısı azadlığa çıxa bilər” – Hüquq müdafiəçisi

img

18-07-2017 [15:24]


"Sentyabrda Milli Məclis prezidentin azadlığın məhdudlaşdırılması ilə bağlı imzaladığı sərəncamı ratifikasiya etməlidir. Ondan sonra ağır cinayət törətməyən, cəzasının üçdə ikisini çəkmiş məhbusların hamısı azadlığa çıxa bilər”.

Bunu hafta.az-a açıqlamasında işçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlunun sözlərinə görə, bu addım həbsxanaların fəaliyyətinin yüngülləşdirilməsi məqsədi ilə atılacaq: "Hələlik, belə bir söhbət gündəmdə var, darıxmaq lazım deyil. Gözləməliyik görək nə olur”.

Hüquq müdafiəçisi bildirib ki, hazırda işçi qrup istirahətdədir. Hələ ki, toplaşmaq haqda xəbər yoxdur:

"Qərara almışıq ki, avqust ayında toplanaq. Çoxlu ərizələr, məhbuslardan məktublar almışıq. Onları müzakirə edəcəyik. Ərizə verənlər arasında tanınmış məhbuslardan kimsə yoxdur”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA