SOCAR-ın Türkiyədəki törəməsində təyinat olub - FOTO

img

18-07-2017 [11:03]


"SOCAR Turkey Energy A.Ş."-nin rəhbərliyində dəyişiklik baş verib.

Məlumata görə, Murat LeCompte SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr üzrə direktoru vəzifəsinə gətirilib.

"Bu aydan etibarən Murat LeCompte "SOCAR Turkey Energy A.Ş." və onun törəmələrinin institusional, mətbuat, təşkilati əlaqələrinə cavabdeh olacaq. Bununla yanaşı, o, sosial məsuliyyəti layihələrinin həyata keçirilməsinə də rəhbərlik edəcək", -deyə şirkətin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, bunadək (2006-2017) Murat LeCompte BP-nin Türkiyədəki nümayəndəliyində analoji vəzifəni tutub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA