17-07-2017 [21:53]
Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi üzrə Komissiyanın üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Teleqraf.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
– Müşfiq müəllim, Azərbaycan Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılan komissiyanın 9 üzvündən birisiniz. Artıq komissiya işini başa çatdırmaq üzrədir və proses son mərhələdədir. Ümumilikdə, proses necə keçdi?
– Komissiya mayın 22-dən iyunun 22-nə kimi aktiv fəaliyyət göstərdi: redaksiyalarda iclaslar keçirildi, sənədləri qəbul etdi. Təqaüdçü, veteran jurnalistlərdən, fərdi müraciət edənlərdən də sənədlər qəbul edildi. Sənədlər təqdim edilən anda ilkin yoxlama olurdu. Həmin vaxtı geniş araşdırma aparmaq imkansız idi. Əgər yanılmıramsa, 200-dən çox redaksiyadan sənədlər verildi. Redaksiyalar bizi iclas keçirmək üçün dəvət edirdilər. Biz ilkin olaraq onların informasiyası üzrə hərəkət edirdik. Şifahi soruşurduq ki, sənədləriniz rəsmən elan olunmuş kriteriyalara uyğundurmu?
Əgər müsbət cavab verirdilərsə, iclaslara qatılırdıq. Onlar da müəyyən etdikləri namizədlərin sənədlərini komissiyaya təqdim edirdilər. Sonradan bu sənədlər daha ciddi, geniş şəkildə araşdırılırdı. İyunun 22-dən, yəni sənəd qəbulu başa çatdıqdan sonra təqdim olunmuş sənədlər üzrə daha təkmil yoxlamalar başladı. Yəni, artıq sənəd təqdim edənlərin verdikləri şifahi bilgilər deyil, əldə olan sənədlər üzərində araşdırmalar başladı, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar ortaya çıxarıldı. Bu mərhələ də asan keçmədi, çünki öncə qeyd etdiyim "şifahi verilən informasiyalarla” komissiya üzvlərinin araşdırıb müəyyən etdikləri informasiyalar arasında fərqliliklər ortaya çıxdı.
Məsələn, sənəd verənlər deyirdilər ki, 10 illik stajımız var. Amma komissiya üzvlərinin sosial sığorta kartları üzrə rəsmi araşdırması göstərirdi ki, həmin məlumat yanlışdır. Yaxud, namizəd olan şəxs deyirdi ki, evim yoxdur, öz aləmində dediyini təsdiq edəcək isbatedici sənədlər də gətirirdi. Amma komissiyanın sonrakı araşdırması göstərirdi ki, adamın evi olub, sadəcə indi yeni ev almaq üçün ilin əvvəlində mülkünü başqasının adına keçirib və sair.
Hesab edirəm ki, komissiya bilərəkdən və ya bilməyərəkdən verilmiş yanlış informasiyaları araşdırıb müəyyən edə bildi. Bundan sonra hazır sənədlər Prezident Administrasiyasına göndərildi. Növbəti araşdırmalar administrasiyada davam etdirildi. Lüzum olanda komissiyaya da müraciətlər edilir, yenidən dəqiqləşdirmələr aparılır və sair. Orada da proses yekunlaşmaq üzrədir. İyulun 21-də hər şey yekunlaşacaq.
– Komissiyaya nə qədər müraciət daxil olmuşdu?
– Müraciətlər hədsiz çox idi. Amma onların böyük bir qismi elə ilkin yoxlamadan sonra geri qaytarıldı. Bu baxımdan say məsələsini tam dəqiq demək mümkün deyil. Hətta komissiyanın geniş araşdırmasından sonra komissiyaya verilmiş sənədlərdən də bir qismi geri qaytarıldı. Beləliklə, son olaraq 845 nəfərin sənədləri qaldı və onlar administrasiyaya göndərildi.
– Namizədlərin müəyyənləşdirilməsi zamanı ədalətlilik və obyektivlik prinsipinə nə dərəcədə riayət edilib?
– Biz redaksiyalarda olduq, iclaslar keçirdik. İclaslarda 100 faiz hamının iştirakını təmin etmək imkansız idi, amma yetərsayın olmasını tələb edirdik. Şəxsən mən qatıldığım iclaslardan ikisini yetərsay olmadığı üçün təxirə saldırmışdım. Yalnız redaksiya heyətinin əksəriyyətinin iştirakını təmin etdikdən sonra iclasların keçirilməsinə razılaşırdıq. Beləliklə, biz, komissiya olaraq, öz tərəfimizidən maksimum çalışdıq ki, namizədlərin müəyyənləşdirilməsi zamanı ədalətlilik və obyektivlik prinsipi təmin edilsin. Əgər kimsə razı qalmırdısa, onların da fikri nəzərə alınırdı. Sonda məsələlər səs çoxluğu ilə həll edilirdi.
– Hansı redaksiyalar iclasları təxirə saldınız? Ümumiyyətlə hansı redaksiyalarda problemlər daha çox idi?
– Mən yalnız ümumi danışa bilərəm, komissiyanın əsasnaməsi bu nüansları açmağa icazə vermir. Biz redaksiyalara ona görə getmirdik ki, kimlərinsə qüsurunu öyrənib onları ifşa edək. Məqsədimiz namizədlərin ədalətli şəkildə müəyyənləşdirilməsinə nail olmaq idi, bunu da etdik. Qalan məsələ komissiyanın işi deyil.
– Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlər üçün müəyyən kvota ayrılıb. Bu barədə nə deyə bilərsiniz?
– Ötən dəfə 156 mənzil var idi, bu dəfə 255 mənzil var. İmkan çoxaldıqca, mənzillərin sayı artdıqca, mənzil almaq şansı olanlar da artır. Arzu edək ki, Allah dövlətimizi qüdrətli, müstəqilliyimizi əbədi etsin, Prezidentimizə can sağlığı versin. Belə durum davam etdikcə, tikilən mənzillərin də sayı artacaq, mənzil almaq imkanı olanların da sırası genişlənəcək.
– Sözsüz ki, prosesdən narazı qalanlar, umu-küsülər da olacaq. Bunu necə qiymətləndirirsiniz?
– Buna müəyyən mənada təbii baxıram. Ölkədə jurnalistlərin sayı minlərlədir. Təbii ki, hər kəs də mənzil sahibi olmaq istəyir. Amma mənzillərin sayı 255-dir. Nə qədər ədalətli davransan, ədalətli bölgü aparsan, ədalətli kriteriyalar tətbiq etsən də, hər 10 nəfərdən biri mənzil alacaq, 9 nəfər isə qalacaq. Burada narazı qalan, haqqının tapdalandığını iddia edən də olacaq. Amma prosesə kənardan müdaxilə etmək istəyənlər, bu işə qərəzli şəkildə kölgə salmaq istəyənlər də var. Gərək jurnalistlərimiz ayıq olsunlar, bu cür qərəzli kampaniyalara dəstək verməsinlər. Çalışaq ki, ölkəmizdə firavanlıq, sabitlik olsun. Tədricən hər kəs haqqı olanı alacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi