17-07-2017 [12:39]
Xəbər verildiyi kimi ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə "Ermənistan” telekanalının "R-Evolyusiya” proqramının aparıcısına müsahibə verib.
Telekanal həmin müsahibəni ötən axşam yayımlayıb və məlum olur ki, Sərkisyan Qarabağ məsələsi və Rusiyanın Azərbaycana silah satması kimi mövzularda geniş danışıb.
Sərkisyan Rusiyanın Azərbaycana silah satmasını "erməni-rus münasibətlərində ən ağrılı məsələ” adlandırıb.
"Bu məsələ çox şeyin üzərinə kölgə salır”-Sərkisyan sanki öz ağasının siyasətini bəyənməmək cəsarəti nümayiş etdirirmiş kimi, müsahibədə bildirib.
Ermənistan rəhbərinin sözlərinə görə, Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik "ciddi heç nə baş verməyib” və əgər nə vaxtsa ciddi nəsə baş versə o zaman ittiham eləmək olar.
"Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik”-Sərkisyan bildirib.
Ermənistan rəhbərinin sözlərinə görə, Azərbaycana silah satışına görə Yerevanda Rusiya ilə münasibətlərə yenidən baxmaq çağırışları "çox təhlükəlidir”.
"Bunlar olduqca təhlükəli sözlərdir və olduqca pis situasiya yarada bilər”- o, əlavə edib.
"Deyəndə ki, münasibətlərə yenidən baxaq, o zaman siz kiminlə münasibətlərə yenidən baxmağı və ya yaxşılaşdırmağı nəzərdə tutursunuz? Türkiyə ilə, yoxsa NATO ilə? Fikirləşirsiniz ki, hamı qollarını açıb Ermənistanı ağuşuna almağı gözləyir?”-Sərkisyan bildirib.
İşğalçı ölkənin başçısı təsdiq edib ki, Ermənistan Qarabağ danışıqlarında heç vaxt güzəşt mövqeyi tutmayıb, başqa sözlə, danışıqlar naminə danışıqlar aparıb. Məqsədi status-kvonu mümkün qədər uzatmaq olub.
"Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meylləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz”-Sərkisyan bildirib.
Ermənistan rəhbəri silahlanma məsələsinə qayıdaraq deyib ki, ötən ilin aprel döyüşləri zamanı erməni tərəfi Azərbaycanın almağa imkan tapdığı bir sıra silahlara malik deyildi.
"Bəyəm bu sirrdir ki, Azərbaycan bizdən varlıdır, silahlanmaya və s. böyük vəsait xərcləyir? Sirr deyil. Və birdən kimsə desə ki, iki ilə, beş ilə Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır, çünki bu, şarlatanlıqdır, yalandır”-Sərkisyan deyib.
İşğalçı ölkənin başçısı təsdiq edib ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq.
"Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinij alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzuolunmazdır. Bizim üçün arzuolunmazdır, üstəlik ola bilsin ilk növbədə bizim üçün”-Sərkisyan əlavə edib.(Virtualaz.org)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi