Qızmar hava davam edəcək - XƏBƏRDARLIQ

img

17-07-2017 [12:26]


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

İyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA