ilham Əliyev Zəfər çağlayanın bazçılıq etdiyi Türkiyə nümayəndə heyətini qəbul edib

img

28-07-2010 [05:21]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulayıb. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlət başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu deyib. Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər Çağlayan Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Bir il əvvəl ölkəmizə səfərini xatırlayan Zəfər Çağlayan ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığının və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd edib. 2009-cu ildə dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının 9 faiz artdığını vurğulayan qonaq ölkəmizin inkişafından qürur duyduqlarını deyib və əldə edilən yüksək nailiyyətlərə görə dövlət başçısını təbrik edib. Xoş sözlərə görə qonağa təşəkkür edən İlham Əliyev ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq bildirib ki, Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA