İlqar Mikayıloğlunu ilan sancıb - Vəziyyəti ağırdır

img

14-07-2017 [14:42]


Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Mia.az big.az-a istinadən xəbər verir ki, Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb. Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər.

"Qafqazinfo" hadisə ilə bağlı teleaparıcının xanımı Zülfiyyə Bayramova ilə əlaqə saxlayıb. O, yayılan xəbəri təsdiqləyərək hadisənin bir neçə dəqiqə əvvəl baş verdiyini bildirib:

"Hadisə bir neçə dəqiqə əvvəl baş verib. İndi Haramı düzündəyik. Çəkiliş zamanı İlqarı ilan sancdı. Necə olduğunu bilmədik. İndi ilkin tibbi müdaxilə olub. Hazırda səhhəti bir qədər ağırdır".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA