Azərbaycanda bələdiyyə sədri özünü asdı - Borcu var imiş

img

14-07-2017 [10:43]


Şəkidə bələdiyyə sədri özünü asıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.

**** 
Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.

Ölkə.az-ın verdiyi məlumata görə, icra nümayəndəsi mərhumun borcunun olduğunu söyləyib: "İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcu var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA