13-07-2017 [18:03]
İyulun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan ilə ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsi, həmçinin müdafiə, terrorizmə qarşı birgə mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında strateji səviyyədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən tərəflər ABŞ tərəfindən Azərbaycanın icra etdiyi enerji layihələrinə göstərilən dəstəyin Amerika-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni zəmin yaradacağını vurğulayıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Müdafiə naziri bildirib ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir. Bunun təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd edən nazir, bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumların birgə fəaliyyət göstərmələrini diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Cənubi Qafqaz bölgəsinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirən amerikalı diplomat münaqişə nəticəsində həyatını itirən bütün insanların, xüsusilə də Alxanlı kəndində qətlə yetirilən mülki şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Səfir ABŞ ilə Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin bildirərək Azərbaycanın Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib. O, həmçinin KC-130 hərbi təyyarəsində çoxlu sayda amerikalı hərbçilərin həlak olması ilə bağlı ünvanlanan başsağlığına görə ABŞ-nın Müdafiə katibi və Silahlı Qüvvələrin Qərargah rəislərinin birləşmiş komitəsinin sədrinin təşəkkürlərini general-polkovnik Z.Həsənova çatdırıb.
Sonra səfir ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Adam Kavliki Müdafiə nazirinə təqdim edib.
Hərbi attaşeni Azərbaycanda missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi