İslamiadada yüksək nəticə göstərənlər təltif olundu - Təhsil Nazirliyində

img

13-07-2017 [16:47]


Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunma mərasimi keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində 11 mindən çox tələbə - könüllünün xüsusi rolu olub.

Nazir İslamiadanın qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq - gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 8 medal qazanıldığını qeyd edib.

Daha sonra İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA