13-07-2017 [15:38]
Bakı şəhərindəki 6 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Asiman Ayaz qızı Abdullazadə yaşadıqları binanın yaxınlığında mövcud tikinti normalarını pozmaqla "göydələn" inşa etdirən şəxslərin qanunazidd əməlləri nəticəsində valideynlərinin və qonşularının yaşadığı mənəvi-psixoloji gərginliyə dözməyərək, respublika ağsaqqallarından və ziyalılarından bir qrupuna müraciət edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Teymur Bünyadova, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Sudeyif İmamverdiyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadəyə, Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovaya, Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyevə, SSRİ Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Əhliman Əmiraslanova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abaramova, Azərbaycan Yazıçılar Birliyininin sədri, Azərbaycanın Xalq yazıçısı Anar Rzayevə, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadəyə, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlıya, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevə ünvanlanmış müraciətin bir surəti də redaksiyamıza göndərilib.
Müraciəti oxuculara təqdim edirik.
Əziz və çox hörmətli ağsaqqallar, xalqımızın böyük ziyalıları!
Sizə müraciət edərkən hədsiz dərəcədə həyəcan keçirir, bu müraciəti necə qarşılayacağınızı düşünürəm. Bilirəm ki, hər biriniz peşə fəaliyyətiniz, xidməti işlərinizlə yanaşı, çox mühüm ictimai missiya da yerinə yetirirsiniz. Ancaq mənim - məktəbli bir qızın narahatlığına, mənəvi-psixoloji gərginliyinə səbəb olan vəziyyətə diqqətlə yanaşacağınıza, bu vəziyyəti yaradan səbəblərin aradan qaldırılmasında yardımçı olacağınıza ümidim var.
Mən müstəqil Azərbaycanda dünyaya gəlmişəm və ağlım kəsəndən dərk etmişəm ki, biz azadlığın, hüquq bərabərliyinin, haqqın-ədalətin mövcud olduğu bir ölkənin vətəndaşıyıq. Bu dövlət bizə ulu öndərimiz Heydər Əliyevin ərməğanı və əmanətidir. Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dövlətimizin güclənməsi, xalqımızın daim yaxşı yaşaması, hər bir insanın özünə layiqli həyat şəraiti qura bilməsi üçün çalışır, qətiyyətli addımlar atır. Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər biz yeniyetmələri də qəlbən fərəhləndirir. Biz dövlətimizin böyüməkdə olan nəslin xoşbəxt gələcəyi üçün ciddi təminatlar yaratdığını görürürük. Vətənimizi ürəkdən sevirik, dövlətimizi qorumaq, ölkəmizi inkişaf etdirmək üçün indidən zəruri bilik və bacarıqlara yiyələnirik.
Lakin çox təəssüf ki, ölkəmizdəki azadlıqdan, sərbəst iqtisadi fəaliyyət göstərmək imkanlarından sui-istifadə edənlər, ictimai birgəyaşayış normalarına məhəl qoymayaraq, vətəndaş hüquqlarını tapdalayanlar, başqalarına mənəvi iztirab yaşadanlar da tapılır. Mən də ailəmizin və qonşularımızın üzləşdiyi belə qeyri-qanuni münasibətdən hədsiz narahatlıq keçirirəm.
Biz Bakı şəhərinin Nərimanov rayonunda, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə, 5A saylı 12 mərtəbəli binada yaşayırıq. Buraya köçərkən ağlımıza gəlməzdi ki, yeni mənzilimizdəki firavanlığa kimlərsə sui-qəsd edəcək, burada hüzur və sakitlik içərisində, sağlam mənəvi-psixoloji şəraitdə ömür sürməyimizə, arzu və xəyallarımızı gerçəkləşdirməyimizə mane olmağa cəhd göstərəcək.
Ata-oğul Əvəz və Rəmzi Şükürovlar məhz belə etdilər. Onların bütün mövcud tikinti normalarını pozaraq, binamızdan cəmi 6 metrlik məsafədə hündür mərtəbəli binanın təməlini qoyduqları gündən tək bizim ailə deyil, bütün qonşularımız rahatlığını itirdi. Tikintinin dayandırılması üçün ailə böyüklərimiz aidiyyəti dövlət orqanlarına dəfələrlə şikayət etsələr də, Şükürovları bu qeyri-qanuni əməldən çəkindirməyə gücü çatan yoxdur. Binamızın sakinlərinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tikintini dayandırmadan bu işi araşdırmaq barədə qərar çıxarıb. Lakin Bakı Apellyasiya Məhkəməsi tikintinin dayandırılması barədə sakinlərin şikayətini təmin edib. Bununla belə, məhkəmənin qərarı icra edilmir, Şükürovlar tikintini dayandırmırlar.
Tikintini davam etdikcə isə hamı binanın gələcək vəziyyətini göz önünə gətirir, cəmi 6 merlik məsafədə ucaldılan yeni binanın yaratdığı mənəvi-psixoloji rahatsızlıq nəticəsində öz mənzilində bundan sonra necə pis əhval-ruhiyyədə yaşayacağını düşünür. Biz yeniyetmələr valideynlərimizin haqq-ədalətə inamlarını itirib, əsəb sarsıntısı keçirməsindən mənəvi iztirab çəkirik. Onlar qanuni hüquqlarını müdafə etməkdə aciz qaldıqları üçün övladlarının gözünün içinə baxa bilmirlər.
Əziz ağsaqqallar və ziyalılar!
Valideynlərinin ağrı-acısını öz qəlbindən keçirən hər bir övlad kimi mən mövcud qanunlarımıza məhəl qoymayan, vətəndaşların haqqını tapdalamaqdan qorxmayan adamlara dövlətimizin öz gücünü göstərməsini istəyirəm. Buna görə də xalqımızın ən hörmətli nümayəndələri, Möhtərəm Prezidentimizin yüksək etimad göstərdiyi nüfuzlu ictimai xadimlər kimi sizlərə üz tutur, Əvəz və Rəmzi Şükürovların qanunazidd əməlinin yaratdığı gerçək vəziyyəti öz gözlərinizlə görüb, ailəmizin və qonşularımızın düşdüyü vəziyyətə şahid olmağınız üçün sizləri evimizə qonaq dəvət edirəm. Gəlin, qanuni hüquqlarımızın pozulmasının qarşısının alınması, dövlətimizin qanunlarına məhəl qoymayan adamların ictimai qınağa məruz qalması üçün bizə mənəvi dəstək verin!
Hər birinizə dərin hörmət və ehtiramımı bildirirəm/525.az


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi