13-07-2017 [13:53]
Bu gün Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.
Kaya deyib ki, 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasında Türkiyə mediası böyük rol oynayıb, hədəflərdən biri də media olub.
Jurnalist Mustafa Canbazın həmin gün şəhid olduğunu xatırladan Türkiyənin ailə və sosial siyasət naziri bildirib ki, Türkiyə mediası həmin gün qəhrəmanlıq və cəsarət ortaya qoyub: "15 iyul hərbi çevriliş cəhdi Türkiyənin tarixində yaşadığı ən qorxulu və xain hərbi çevriliş, işğal cəhdi idi. Həmin gün ata və anasız qalan 450 övladımız var".
Hərbi çevriliş cəhdinin Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən həyata keçirildiyini söyləyən Kaya qeyd edib ki, FETÖ-nün PKK və digər terror təşkilatlarından fərqi yoxdur:
"FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir. FETÖ millətimizin dini həssaslığından istifadə edib. FETÖ üzvləri bu əməllərinə görə məhkəmələrdə layiqli cəza alacaqlar. FETÖ-nün hərbi çevriliş cəhdinin bir işğal cəhdi olduğu unudulmamalıdır. Bu cəhdin qarşısı xalqın dinc müqaviməti sayəsində alınıb. Millətimiz böyük fədakarlıq göstərib. Hamilə olduğunu həyat yoldaşı ilə paylaşmayan, bu gün övladını qucağına alan qadınlarımız var. Bunlar böyük hekayələrdir. İnsanlarımız əsgər geyimindəki terrorçuların güllələri ilə şəhid oldular, parlamentimiz bombalandı.
Mən bir qadın olaraq 2 övladımı həmin gecə evdə anama tapşırıb, meydana çıxdım. Həmkarlarımızla qərar qəbul edib, parlamentə toplaşdıq. Parlamentdəki partiyaların deputatları həmin gün üzərinə düşən vəzifəni yerinə yetirdilər. Qorxmadıq, demokratiyaya sədaqətimizi dünyaya və Türkiyəyə nümayiş etdirmək üçün parlamentdə idik. Bombalanan parlamentdə hərbi çevriliş cəhdinə qarşı olduğumuzu bəyan etdik. Hərbi çevriliş cəhdi zamanı Türkiyə prezidenti Ərdoğanın xalqı meydanlara, aeroportlara dəvət etməsi bir qırılma nöqtəsidir. Bu prosesin əsl qəhrəmanı isə xalq idi".
Nazir ABŞ və Avropa ölkələrinin həmin gün prosesləri yalnız müşahidə etməklə kifayətlənməsinin təəssüf doğurduğunu vurğulayıb:
"Mən Hollandiyada insanlığa yaraşmayan bir münasibətlə üzləşmiş nazirəm. Məni Türkiyə səfirliyinə daxil olmağa qoymadılar. Bir çox Avropa ölkəsində FETÖ və PKK kimi terror təşkilatlarının aksiya keçirməsinə icazə verildiyi halda, bir Türkiyə siyasətçisinin danışmasına imkan verilmədi. Bu, mənim üçün yox, Hollandiya üçün utancdır. Bu yanaşma davam edir. G20 üçün bu günlərdə Almaniyaya gedən Türkiyə prezidentinə də görüş keçirməsinə imkan verilmədi.
Demokratiyanı qorumaq üçün 250 şəhid vermiş bir xalqa bu cür münasibət təəssüf doğurur. Bu gün terror təhdidi ilə üzləşən Türkiyənin fövqəladə vəziyyət rejimi tətbiq etməsinə qarşı çıxılır. Ancaq bir sıra Avropa ölkələrində fövqəladə vəziyyət rejimi tətbiq edilən zaman səs çıxarmırlar. Türkiyə bütün terror təşkilatlarına qarşı qətiyyətlə mübarizə aparır. Türkiyənin terrora qarşı mübarizəsi Avropanın təhlükəsizliyinin təmini üçün çox vacibdir. Avropa ölkələrinin də Türkiyənin bu mübarizəsinə dəstək verməsi lazımdır. PKK, PYD, FETÖ kimi terror təşkilatlarına loyal münasibət bəşəriyyətin rifahına xidmət etmir".
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi